• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Siyarto Rusiyadadır

DÜNYA

11 Aprel 2023 | 12:26

Siyarto Rusiyadadır

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Rusiyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə macar nazir "Facebook" hesabında bildirib.

"Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün fasiləsiz qaz nəqli, neft nəqli və nüvə yanacağının nəqli lazımdır. Bu üç şərti yerinə yetirmək üçün Macarıstan-Rusiya enerji əməkdaşlığı fasiləsiz olmalıdır. Bu, siyasi zövq məsələsi deyil, fizika məsələsidir. Bu gün Moskvada biz Macarıstanın enerji təchizatının təhlükəsizliyi üçün zəruri olan əməkdaşlığın ən mühüm məsələlərini müzakirə edəcəyik", - nazir paylaşımında bildirib.

O səfəri çərçivəsində Rusiya Baş nazirin enerji məsələləri üzrə müavini Aleksandr Novakla görüşüb. "Ölkəmizi təbii qazla təmin edən “Türk Axını” boru kəmərinin fiziki və texniki təhlükəsizliyi, neft təchizatımızı təmin edən “Dostluq” boru kəməri ilə tranzit daşımaların saxlanılması və nüvə sənayesini təhdid edən sanksiyaların qarşısının alınması müzakirəmizdə olan məsələlərdir", - o qeyd edib.

Macarıstan xarici işlər nazirinin “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə də görüşü gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026