• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çavuşoğlu Moskva səfərinin detallarını AÇIQLADI

DÜNYA

11 May 2023 | 11:24

Çavuşoğlu Moskva səfərinin detallarını AÇIQLADI

“Dünən Moskvada əvvəlcə rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Məqsədimiz isə Suriyanın terrorçulardan təmizlənməsidir. Suriyanın indi humanitar dəstəyə ehtiyacı var”.

M.Çavuşoğlu bildirib ki, suriyalıların ölkələrinə qayıtması üçün təhlükəsiz mexanizm yaradılmalıdır: "Biz həmçinin oxşar iclasların davam etdirilməsinə dair razılığa gəldik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026