• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şövkət Mirziyayev Bakıya gəldi

SİYASƏT

01 Mart 2023 | 19:29 | Müəllif: Subhan Mahmudov

Şövkət Mirziyayev Bakıya gəldi

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şövkət Mirziyayevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026