"Qızılca xəstəliyi həm uşaqlar, həm də böyüklər arasında qeydə alınan xəstəlikdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib
Xəstəliyin inkubasiya dövrü 10-14 gün, bəzən 21 gün olur. Bu, xəstəliyin gizli dövrüdür. Ondan sonra kataral dövr başlayır, bu zaman hərarət, öskürək, zökəm olur. 4 gün sonra xəstə səpməyə başlayır. Səpki əvvəl üz və boyunda olur. Bu vaxt xəstəlik çox yoluxucu olur.
Aytac Aslan