• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Su basmış ərazidə sürücülər bu yoldan istifadə edəcək

CƏMİYYƏT

15 Oktyabr 2022 | 14:52

Su basmış ərazidə sürücülər bu yoldan istifadə edəcək

Xəbər verdiyimiz kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında qəza baş verib. Nəticədə, Bakı-Qazax magistralı və əks istiqamətdə uzun tıxaclar yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli “Qafqazinfo”ya bildirib ki, su basmış ərazidə ikitərəfli hərəkəti təmin etmək üçün artıq müvafiq qabaqlayıcı tədbirlər görülüb:

“Su basmış əraziyə nəqliyyat vasitələrinin keçməməsi üçün su qəzası yerinə çatmamış dəmir arakəsmələr sökülüb. Belə ki, ikitərəfli hərəkətin təmin olunması üçün nəqliyyat vasitələrinin istiqaməti digər hissəyə yönəldilib. Yoldan su çəkilənədək əks-istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026