Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərov vəzifəsindən ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə E.Kələntərov "facebook"da paylaşım edib.
"4 il işlədiyim kollektivdən - Dövlət Miqrasiya Xidmətindən - ayrılmaq məcburiyyətindəyəm. Bu müddət ərzində rəhbərlik etdiyim idarənin fəaliyyətini diqqətdə saxlayan, ideyaların reallaşdırılmasına vəsilə olan, hörmətini qazana bildiyim rəhbərliyə gələcəkdə də peşəkar əməkdaşlığımıza zəmin yaratdığına görə dərin təşəkkürümü bildirirəm".
E.Kələntərov qeyd edib ki, ötən il Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün For Azerbaijan (Azərbaycan naminə) Beynəlxalq Xeyriyyə Təşkilatı ilə reallaşdırılan Qaliblər düşərgəsindən sonra Xidməti tərəfindən korporativ sosial məsuliyyət layihələri daha da zənginləşib və inkişaf etməyə başlayıb. Onun sözlərinə görə, son zamanlar “For Azerbaijan” Beynəlxalq Təşkilatının dövlət qurumları ilə şəhid ailələrinə yönəlik müştərək layihələri daha geniş vüsət almağa başlayıb.
"Bu səbəbdən də seçim etmək zamanı çatıb. Gələn dəvəti dəyərləndirib Xidmət rəhbərliyindən xeyir duamı alaraq bundan sonra "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində fəaliyyətimi davam etdirərək, şəhid ailələrinə bir addım da yaxın olacam.
Bugünədək Xidmətimizin fəaliyyətini ictimailəşdirən media qurumlarının hamısına dərin təşəkkürümü bildirir, yeni layihələrdə görüşmək ümüdümü ifadə edirəm", - deyə Elnur Kələntərov qeyd edib.
Nuranə Daxilqızı







jpg-1671009703.webp)






jpg-1671004177.webp)

