La-Manş boğazında içərisində 30-dan çox adamın olduğu miqrant qayığında xilasetmə işləri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə iki axtarış-xilasetmə helikopteri, Royal National Lifeboat Institution-ın qayıqları və Fransa donanmasının qayıqları gedib.
BBC müxbiri xilasetmə əməliyyatında ölənlərin olduğunu açıqlayıb.
Fransanın Müdafiə Nazirliyinin sözçüsü insidentin davam etdiyini təsdiqləyib, lakin əlavə təfərrüatları açıqlamayıb.
Hadisə Fransadan mühacirləri daşıyan çoxlu kiçik qayıqların gəldiyi Kent sahillərində baş verib.
BBC can itkisinin immiqrantları daşıyan qayığın batmasından sonra baş verdiyini bildirərək, səlahiyyətlilərin ölüm faktını hələ təsdiqləmədiyini açıqlayıb.
Ay Tac















