Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu cür tədbirlərin davamı olaraq, Xəzər rayonunun, Binə qəsəbəsi, İsa Hüseynzadə küçəsində inşa olunmuş qanunsuz qeyri-yaşayış sahəsi sökülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birgə yoxlamaları nəticəsində obyektin icazəsiz tikildiyi, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab vermədiyi, layihədən kənar inşa olunduğu, həmçinin yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan insanların həyat və sağlamlığına potensial təhlükə yaratdığı müəyyən edilib.
















