• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Laçın-Xankəndi yolundakı aksiya iki aydır davam edir

CƏMİYYƏT

12 Fevral 2023 | 09:00 | Müəllif: Subhan Mahmudov

Laçın-Xankəndi yolundakı aksiya iki aydır davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda dekabırın 12 -də başlatdığı aksiyanı iki aydır davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 63-cü günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -8 dərəcədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026