• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Vilayət Eyvazov Elşad Hacıyevin rütbəsini artırdı

CƏMİYYƏT

13 Yanvar 2023 | 11:42

Vilayət Eyvazov Elşad Hacıyevin rütbəsini artırdı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.

Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.

O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026