• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Prezidentin fərman və sərəncamları nə qədər insanı əhatə edir?

CƏMİYYƏT

13 Yanvar 2023 | 12:52

Prezidentin fərman və sərəncamları nə qədər insanı əhatə edir?

"Prezident İlham Əliyevin 5 yanvar tarixində və bu gün imzaladığı fərman və sərəncamlar ümumilikdə 1 milyon 900 min vətəndaşımızı əhatə edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Televiziyası”na müsahibəsində deyib.

Nazir bildirib ki, minimum əmək haqqı artımı 700 min vətəndaşı əhatə edəcək:

“Bu sahə üçün dövlət büdcəsindən 440 milyon manat vəsait ayrılıb”.

“Minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alan insanları əhatə etmir. Dövlət qurumlarında çalışanlar vahid tarif cədvəli əsasında maaş alır. Vahid tarif cədvəlinin birinci pilləsi minimum əməkhaqqıdır. Onun artımı digər vətəndaşlarımızı da əhatə edir”-, S.Babayev vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR