Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni direktor təyin olunub.
Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.
Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.
















