"Ermənistan rəhbərliyinin son aylardakı və son günlərdəki bütün hərəkətləri sübut edir ki, onlar toplum və dövlət olaraq region ölkələrinə qarşı ərazi iddialarından heç vaxt əl çəkməyiblər və əl çəkən də deyillər".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, sülh sazişi ilə bağlı danışıqlar onlara silahlanmaqdan və növbəti müharibəyə hazırlaşmaqdan ötrü vaxt qazanmaq üçün lazımdır.
"Ona görə də qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı da məhz Azərbaycan dövlətinin və Azərbaycan ordusunun daha da güclənməsinə bağlıdır. Yəni ermənilərin başı üstündə həmişə dəmir yumruq olmalıdır. 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını xüsusilə dəstəklədiyimi bildirmək istəyirəm".
Mina Mikayılova