• Bakı C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verdi

SİYASƏT

26 Dekabr 2024 | 10:51

Pakistan parlamentinin sədri Azərbaycana başsağlığı verdi

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar ölkəmizə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan parlamentinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib:

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğramasından dərindən kədərləndim. Azərbaycan Prezidenti İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına bu əvəzedilməz itki ilə bağlı səmimi başsağlığı verirəm. Yas tutan ailələrə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik. Pakistan hökuməti və xalqı bu kədərli günlərdə Azərbaycanın yanındadır”.


SON XƏBƏRLƏR