• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Çin dünyanın ən böyük çay bəndini tikəcək - BU ƏRAZİDƏ...

DÜNYA

26 Dekabr 2024 | 15:07

Çin dünyanın ən böyük çay bəndini tikəcək - BU ƏRAZİDƏ...

Çin Tibet Muxtar Bölgəsində dünyanın ən böyük hidroelektrik layihəsini inşa etməyə hazırlaşır.

Bakıvaxtı.az Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Himalay dağlarının şərqindəki Yarlung Tsangpo çayının aşağı axarında inşası planlaşdırılan bəndin tikintisinə icazə verilib. 

50 kilometrdə 2 min metrdən çox hündürlük dəyişikliyi olan ərazidə dərin kanyon yaradan Tibet yaylasında Çindən Hindistana axan çayın üzərində tikiləcək bəndin dünyada ən böyük çay bəndi olacağı bildirilib.

İldə təqribən 300 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilən bəndin hazırda Çində və dünyada ən böyük su elektrik stansiyası olan Hubei əyalətindəki Üç Vadi bəndindən üç dəfə çox quraşdırılmış gücə sahib olacağı qeyd edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Dekabr 2024