Yaponiya Hava Yollarının təyyarələrində planlaşdırılan bəzi uçuşlar təxirə salınıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu addımın atılmasına səbəb daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum olub.
Açıqlamada kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşların da mənfi təsirləndiyi qeyd edilib.
Bu çərçivədə problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün səylərin göstərildiyi bildirilib.
Əli Hüseynov