• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıb

SİYASƏT

26 Dekabr 2024 | 11:56

Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıb

Özbəkistan qardaş Azərbaycanla bu çətin günlərdə həmrəydir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığında bildirib.

Məlumata görə, qarşı tərəf ötən gün AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Həmçinin Özbəkistanın qardaş Azərbaycan ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.

Ceyhun Bayramov baş sağlığına, ölkə və Azərbaycan xalqı üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistana təşəkkür edib.

Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, Azərbaycanın müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda, dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.


SON XƏBƏRLƏR

26 Dekabr 2024