• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Qazaxıstanın Baş naziri Azərbaycanın Astanadakı səfirliyində xatirə kitabına qeyd qoyub

SİYASƏT

26 Dekabr 2024 | 12:15

Qazaxıstanın Baş naziri Azərbaycanın Astanadakı səfirliyində xatirə kitabına qeyd qoyub

Qazaxıstan Baş naziri Oljas Bektenov Aktau yaxınlığında AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Azərbaycanın Astana səfirliyində açılan xatirə kitabına qeyd qoyub.

Bu barədə Bakıvaxtı.az Qazaxıstan Baş nazirinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Bu çətin məqamda Qazaxıstan hökuməti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İtki ağrısını bölüşərək, təyyarə qəzasında xəsarət alanlara tezliklə sağalmağı, Azərbaycan xalqına isə səbr diləyirəm. Biz qardaş Azərbaycana müvafiq yardım və hərtərəfli dəstək göstərəcəyik", - O.Bektenov qeyd edib.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazaxıstan hökumətinin başçısı daha əvvəl həlak olan qazaxıstanlıların yaxınlarına başsağlığı verib, həmçinin Azərbaycan, Rusiya və Qırğızıstanın zərər çəkmiş bütün vətəndaşlarına hərtərəfli dəstək göstərməyi tapşırıb.

"Aktau şəhərinə gələn həlak olmuş sərnişinlərin ailə üzvlərinə lazımi yardım göstərilir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

26 Dekabr 2024