• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Sülhməramlıların avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparıldı - FOTOLAR

CƏMİYYƏT

25 Aprel 2023 | 11:36

Sülhməramlıların avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparıldı - FOTOLAR

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Xankəndi-Laçın yolundan sülhməramlılara məxsus daha 4 avtomobil maneəsiz şəkildə hərəkət edib.

Belə ki, sülhməramlılara məxsus 1 hərbi sərnişin daşıyan avtomobildə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Digər bir minik maşını isə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 9-a çatıb. /Report


Sülhməramlıların avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparıldı - FOTOLARSülhməramlıların avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparıldı - FOTOLARSülhməramlıların avtomobilində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026