• Bakı 23° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

“Sülhü tezləşdirə bilərik” -Deputat

SİYASƏT

19 May 2023 | 14:09 | Müəllif: Qalib İbrahimoğlu

“Sülhü tezləşdirə bilərik” -Deputat

“Xarici işlər nazirlərinin Moskva görüşü Brüssel görüşündən sonra əldə olunmuş razılıqların daha da konkret hala gətirilməsi və sülh danışıqlarının tezləşdirilməsi üçün çox böyük rol oynaya bilər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun spzlərinə görə, ilk növbədə yaxın gələcəkdə kommunikasiyaların açılması, xüsusilə də dəmiryolu xəttinin işə düşməsi və ya Ermənistan ərazisində Naxçıvandan Zəngilana gedəcək dəmiryolu xəttinin inşası ilə bağlı bir çox məsələlər müzakirə oluna bilər. Deputat hesab edir ki, Rusiyanın qərarı və iştirakı burada çox önəmlidir.

“Ermənistanın bu dəmiryolu xəttinin inşası və buna paralel olaraq yolun inşa edilməsi ilə bağlı xərclərin həll olunması məsələsi gündəmdədir. Çünki Ermənistanın bu xərcləri qarşılamaq gücü yoxdur” deyən N.Həmzəyev bildirib ki, Rusiya və Azərbaycanın fəaliyyəti bu prosesi sürətləndirə bilər. Müsahibimiz deyib ki, bu baxımdan bu məsələlər də Moskva görüşündə müzakirə ediləcək.

“Daha sonra - mayın 25-də ölkə rəhbərlərinin iştirakı ilə baş tutacaq görüşdə konkret razılığın əlində olunmasına bu görüş töhvə verə bilər. Bir sözlə, əgər Ermənistan götürdüyü öhdəlikləri və verdiyi sözləri yerinə yetirəcəyi təqdirdə biz, sülhü tezləşdirə bilərik”, - deyə Naqif Həmzəyev əlavə edib.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026