• Bakı 9° C

    10.69 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şumaxerin “Ferrari”si satıldı

İDMAN

10 Noyabr 2022 | 00:42 | Müəllif: Subhan Mahmudov

Şumaxerin “Ferrari”si satıldı

2003-cü il mövsümündə almaniyalı Mixael Şumaxeri 6-cı Formula 1 dünya çempionluğuna aparan “Ferrari F2003-GA” bolidi Cenevrədə keçirilən hərracda 13 milyon İsveçrə frankına (13,2 milyon dollara) satılıb.

Bakıvaxtı.az xəbər verir ki, satışı “Sotheby's” hərrac evi keçirib.

Avtomobilin müasir Formula 1 bolidi üçün rekord qiymətə satıldığı bildirilib.

İlkin olaraq hərrac evi avtomobilin dəyərini 7,5 milyon - 9,5 milyon İsveçrə frankı (7,6 milyon dollar - 9,6 milyon dollar) qiymətləndirib.

Qeyd edək ki, M.Şumaxer “Benetton”la iki dəfə (1994, 1995), “Ferrari” ilə beş dəfə (2000-2004) olmaqla toplam 7 dəfə Formula 1 çempionu olub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR