• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb - YENİLƏNİB

İDMAN

09 Dekabr 2022 | 21:50

DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb - YENİLƏNİB

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub – 1:1.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Xorvatiya yığması adını yarımfinala yazdırıb. Avropalılar 1/8 finalda da Yaponiyanı penaltilər seriyası ilə üstələyib.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Niderland - Argentina cütünün qalibi olacaq. Yarımfinal matçı dekabrın 13-də keçiriləcək.

21:31

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, 117-ci dəqiqədə fərqlənən Bruno Petkoviç Avropa təmsilçisinin heyətində fərqlənərək, hesabı bərabərləşdirib.

21:17

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 105+1-ci dəqiqədə Neymar Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0.

20:56

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik oyunda hesab açılmayıb - 0:0.

20:52

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final matçında əlavə vaxt oynanılacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, buna səbəb görüşün əsas vaxtında qalibin müəyyənləşməməsidir.

Qolsuz bərabərə qalan kollektivlər yarımfinala vəsiqə uğrunda ən azı daha 30 dəqiqə mübarizə aparacaqlar.

20:03

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda 2-ci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

19:46

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.

19:06

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Braziliya yığmaları arasında 1/4 final mərhələsinin oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:58

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Xorvatiya: Livakoviç, Yuranoviç, Lovren, Qvardiol, Sosa, Brozoviç, Kovaçiç, Modriç, Pasaliç, Perisiç, Kramariç

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026