• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Həbib Nurməhəmmədov MMA-dan gedib

İDMAN

08 Yanvar 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

Həbib Nurməhəmmədov MMA-dan gedib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (Qarışıq Döyüş Növləri) gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TASS”a Nurməhəmmədova yaxın üç mənbə məlumat verib.

“Həbib MMA sənayesini tərk edib. O, artıq məşq keçməyəcək, təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq. Bu, ailəsi ilə daha çox vaxt keçirmək üçün edilir”, - mənbə bildirib.

Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Final döyüşündə H. Nurməhəmmədov ikinci raundda amerikalı Castin Getjini boğaraq məğlub edib və döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb. O, qərarını anasına verdiyi sözlə izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026