• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Azərbaycan cüdoçusu gümüş medal qazandı

İDMAN

05 Fevral 2023 | 21:18 | Müəllif: Subhan Mahmudov

Azərbaycan cüdoçusu gümüş medal qazandı

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.

Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR