Martın 9-da gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Corat qəsəbə sakini Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.
Q.Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mərhumun qohumu Oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib. O bildirib ki, hadisənin şantajla əlaqədar olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”.
***
09:03:2025
06:06
Sumqayıtda 17 yaşlı gənc hündürlükdən yıxılaraq ölüb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda, yeni tikililərin birində qeydə alınıb.
2008-ci il təvəllüdlü Qadir Məmmədov ehtiyatsızlıq nəticəsində hündürlükdən yerə yıxılıb.
O hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.