Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Bakıvaxtı.az Unikal-a istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Bəydili kənd sakini, Tofiq Əliyev "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən kənd sakini, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Rauf oğlunu vurub.
Ağır xəsarətlər alan piyadanı sürücü rayon xəstəxanasına aparıb.
Yaralı hazırda reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.
Faktla bağlı araşdırma aparılır.