• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub: 12 nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

12 Iyul 2024 | 19:27 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub: 12 nəfər xəsarət alıb - YENİLƏNİB

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a Mərkəzdən məlumat verilib

"Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.

17:40

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu yük maşını (TIR) ilə toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb./report

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026