• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Kanalda axtarışları davam edən şəxs qazi imiş - YENİLƏNİB

HADİSƏ

10 Avqust 2024 | 20:38 | Müəllif: Subhan Mahmudov

Kanalda axtarışları davam edən şəxs qazi imiş - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb, sürücü isə tapılmır.

Bakıvaxtı.az “Xəzər TV”yə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Abusət Əliyev Vətən müharibəsi qazisidir.

Qonşuların sözlərinə görə, o, maşını iki gün öncə alıb.

 

***19:47

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Bakıvaxtı.az FHN-nin saytına istinadən xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026