• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq

DÜNYA

25 Avqust 2022 | 10:30 | Müəllif: Subhan Mahmudov

Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq

Tayvan 2023-cü ildə dənizdəki adalarda dron əleyhinə müdafiə sistemlərini yerləşdirməyə başlayacaq.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, sistemin ilk elementləri Tayvanın nəzarətində olan Kinmen adalarında yerləşdiriləcək.

“Bütün səviyyələrdə zabitlər və hərbi qulluqçular “münaqişələri və mübahisələri qızışdırmamaq” prinsipinə uyğun ayıq-sayıq olmağa davam edəcəklər”, - deyə bildirilib.

Qərara səbəb isə Tayvandakı maneələrdən birinin üzərində uçan Çin PUA-sı ilə insident olub. Hərbçilər silahdan istifadə ittihamı doğurmamaq üçün onu daş ataraq qovmalı olublar. Tayvan hərbçilərinin reaksiyasını əks etdirən video Çin sosial mediasında sürətlə yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026