• Bakı 23° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Toppuş bacının beynində xərçəng aşkarlandı

MƏDƏNİYYƏT

05 Noyabr 2022 | 01:00 | Müəllif: Subhan Mahmudov

Toppuş bacının beynində xərçəng aşkarlandı

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səhhətində problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda aktrisa Ülviyyə Əliyeva İnstaqramda məlumat verib:

"İki-üç gün əvvəl analizlərin cavabı çıxdı. Toppuş bacının vəziyyəti yaxşı deyil. Artıq xərçəng beynindədir, metastaz verib. Tünzalə üçün hamınızdan dua istəyirəm. Göydə Allah, yerdə peşəkar həkimlərimizin köməyi ilə səhhəti yaxşı olacaq. Bu gün yenidən analiz verdi. Yenidən şüa qəbul edəcək".

Qeyd edək ki, xəstəlik aktrisanın qara ciyərə yayılıb. Ağ ciyər və sümüklərdə isə qalıb. Aktrisa Milli Ankologiya Mərkəzində müalicə alır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026