• Bakı C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0244

"Anam Rzaya ərə getməyimə razı deyildi" - Nüşabə Ələsgərli

MƏDƏNİYYƏT-ŞOU

03 Dekabr 2022 | 13:38

Anam Rzaya ərə getməyimə razı deyildi - Nüşabə Ələsgərli

"Evimin ən dəyərli varlığı həyat yoldaşım Rzadır. Evliliyimiz sevgi ilə deyil, məntiqlə olub. 16 ildir ki, evliyik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Zaurla Günaydın" proqramında deyib. Müğənni ikinci dəfə ailə qurmasına anasının narazı olduğunu bildirib:

"Həyat yoldaşım Rza ilə artıq 16 ildir ki, evliyəm. Övladlarımın birinin 9, digərinin 10 yaşı vardı. Rza ilə evlənmək üçün anamın sərhədini keçmək lazım idi. Anam çox zəhmli qadındır. Belə şeylərə çox pis yanaşırdı. Bir sözlə olmaz! Düşündüm ki, məntiqlə düz addım atmışam. Anam bizim evliliyimizə heç vaxt razı olmadı. Evliliyimiz razılıqsız oldu. İllər keçdikcə anam evliliyimizə çox sevindi. O, yataqda olanda söylədi ki, Rza, balalarımı sənə tapşırıram. Ürəyimin dərinliklərində düşünürdüm ki, bəlkə anam haqlıdır. Bəlkə səhv qərar idi? Amma nə yaxşı ki, bu addımı atmışam. Rza övladlarıma təkcə ata yox, həm də sürücü olub".


SON XƏBƏRLƏR