• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"İtib-batdı hamısı, gərək onları gizlin aparaydım" - Rasim Balayev

MƏDƏNİYYƏT-ŞOU

03 Dekabr 2022 | 20:32

İtib-batdı hamısı, gərək onları gizlin aparaydım - Rasim Balayev

"Babək"in bir neçə kostyumu var idi. Xahiş etmişdim ki, onları mənə verin, saxlayım. Dedilər, yox, nə danışırsan, onlar nömrələnib. Sonra itib-batdı hamısı. Mən onları evdə saxlasaydım, indi kinofonda verərdim, muzey kimi orada qalardı".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "o üz" proqramında qonaq olarkən deyib. Aktyor bildirib ki, "Babək" filmində geyindiyi geyimlərin çoxu sonradan yararsız vəziyyətə düşüb:

"Bir neçə kostyumu var idi onun - filmin əvvəlində, ortasında, axırında. Hətta yadımdadır ki, bir kürkü var idi, dana dərisindən. Biz Naxçıvanda çəkilişdə olanda itmişdi, aləm qarışdı bir-birinə, ikinci bir oxşarı yox idi. Ola bilsin kimsə götürmüşdü onu, geyinməyə görə yox, suvenir, yadigar kimi. Amma o da bilmir ki, daha ondan yoxdur. Təzədən bizim kostyum işinə baxan adam mindi təyyarəyə, gəldi Bakıya, yenidən ondan tikdirdilər, geri gəldi. Yəni, gözəl paltarları var idi.

Böyük bir kostyum seximiz var idi. Ora girirdin, illərə bölmüşdülər. Məsələn, 21-ci əsrin əvvəlinə aid də olan kişi və qadın geyimi, sonra 20-ci, 30-cu, 40-cı, 50-ci illərin. Günlərin bir günü getdim oraya. Gördüm ki, kostyumlar çox pis gündədir, güvə yeyib. O, vaxt hamısına naftalin vururdular. Hətta ondan evə də götürürdük ki, paltarımıza vuraq ki, güvə dəyməsin. Bax beləcə xarab olub getdilər. Amma gərək onda heç kimə deməyib, o paltarları gizlin götürüb aparaydım. İndiyə qədər qalardılar. Heyif, sonra gedib gördüm ki, bəzi detallar qalıb, amma hamısı deyil". 


SON XƏBƏRLƏR

28 Mart 2024