ABŞ-da adında 4 cinayət işi olan eks-orezident Donald Trampın seçkilərdən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı haqqında müzakirələr gedir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Amerika qanunlarına görə həbs ABŞ prezidenti seçilməyə mane olmasa da, keçmiş prezidentə qarşı irəli sürülən ittihamlardan ikisinin xarakteri hüquqşünas və siyasətçilər arasında yeni müzakirələrə səbəb olub.
Virciniya senatoru demokrat Tim Kaine ABŞ Konstitusiyasının 14-cü maddəsinin 3-cü bəndinə işarə edərək Trampın seçkidən kənarlaşdırıla biləcəyini deyib.
Kaine 6 yanvar 2021-ci ildə ABŞ Konqresinə basqın kontekstində 2020-ci il seçkilərinin nəticələrini dəyişdirməyə cəhd etmək ittihamının Konstitusiyanın müvafiq maddəsi ilə üst-üstə düşdüyünü iddia edib.
Maddədə deyilir ki, ABŞ Konstitusiyası ilə and içmiş hər hansı ştat və ya federal məmuru dövlətə qarşı üsyan və ya qiyamda iştirak edə, dövlətin düşmənlərinə yardım və rahatlıq verə bilməz.
Ay Tac















