• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Trampın xüsusi nümayəndəsi HƏMAS-a XƏBƏRDARLIQ -  girovları azad edin

DÜNYA

09 Dekabr 2024 | 16:05

Trampın xüsusi nümayəndəsi HƏMAS-a XƏBƏRDARLIQ - girovları azad edin

ABŞ-nin yeni seçilmiş prezidentinin Yaxın Şərq üzrə elçisi Stiv Vitkoff HƏMAS-ı İsrail girovlarını Donald Trampın andiçmə mərasiminədək azad etməməsinin nəticələri barədə xəbərdar edib.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, S.Vitkoff, həmçinin Trampın yanvarın 20-də vəzifəyə başlamasından əvvəl HƏMAS və İsrail arasında atəşkəsə nail olunacağına ümid etdiyini bildirib.

"Prezidentin nə dediyini eşitdiniz: girovları azad etsələr yaxşı olar. Əgər azad etməsələr, onlar üçün yaxşı gün olmayacaq", - o vurğulayıb.

Agentlik qeyd edib ki, D.Tramp ötən həftə HƏMAS girovları andiçmə mərasiminədək azad etməyi tələb edib, əks təqdirdə onların "cəhənnəm əzabı" ilə üzləşəcəyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026