Türkiyədə Sinop şəhərinin mərkəzində baş tutan mütəşəkkil cinayət təşkilata qarşı altı vilayətdə keçirilən əməliyyatlarda 20 şübhəli saxlanılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Onun sözlərinə görə, saxlanılardan 11-i həbs edilib, 9 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri görülüb.
Araşdırmalar nəticəsində şübhəlilərin 325 vətəndaşa zərər vurduğu, 472 bank hesabının bağlandığı və qanunsuz qazancların kriptovalyuta hesablarına köçürüldüyü müəyyənləşib.
Əli Hüseynov