Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 4,5 bal gücündə zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Zəlzələ yerin təxminən 7,47 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, tələfat və dağıntı barədə məlumat verilməyib. /Axar.az
















