ABŞ Geoloji Xidməti (USGS) Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 46 nəfər həlak olub
Hökumət rəsmisi indiyədək zəlzələ nəticəsində 46 nəfərin həyatını itirdiyini, 700 nəfərin isə yaralandığını bildirib.
Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Nur
















