• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiya və Belarusun birgə hərbi təlimləri

DÜNYA

21 Dekabr 2022 | 15:43

Rusiya və Belarusun birgə hərbi təlimləri

Ukrayna və Polşa sərhədində  - Belarusun Brest bölgəsində rus və belarus əsgərlərinin birgə döyüş təlimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, yaşayış məntəqəsi əməliyyatı aparılıb və çətin hava şəraitinə qarşı təlimlər keçirilib: "Təlim zonasında şəhər mühitində baş verən münaqişələr, o cümlədən binaların daxili hissəsinin təmizlənməsi simulyasiya edilir. Meşənin dərinliklərində hərbi texnika təlimləri keçirilir"

Bildirilib ki, əsgərlərin meşəlik ərazilərdə çətin şəraitdə hərbi maşınlardan istifadə imkanları da təkmilləşdirilib. Yayımlanan görüntülərdə əsgərlərin sovet istehsalı olan BMP-2 tipli zirehli piyada döyüş maşınına quraşdırılmış toplardan və raket sistemlərindən atəş açdığı, yüngül zirehli texnika ilə yaşayış məntəqələri münaqişələrində iştirak etdiyi, qarşıdurmada düşmən hədəflərinin zərərsizləşdirilməsi ilə məşğul olduğu görülüb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026