• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

13 milyon dollar "havaya uçdu"

DÜNYA

20 Yanvar 2023 | 11:34

13 milyon dollar "havaya uçdu"

'Dünyanın ən sürətli adamı' ünvanına sahib olan əfsanəvi sprinter Useyn Bolt həyatının şokunu yaşayır.

Bakıvaxtı.az xəbər verir ki, Yamaykalı keçmiş idmançı öz ölkəsindəki yerli İnvestisiya firmasında olan 12.800.000 dolların itdiyinin fərqinə varıb. 

Hesabında cəmi 12 min dollar qaldığını öyrənən Bolt vəkilləri vasitəsilə şirkətə xəbərdarlıq göndərərək pulun 10 gün ərzində geri qaytarılmasını istəyib. İnvestisiya şirkəti isə Boltdan başqa müştərilərinin də eyni şikayətlərdən əziyyət çəkdiyini açıqlayıb və korrupsiyanın mənbəyinin araşdırıldığını bildirib.

Yamayka hökuməti də bu işə əl qoyub, sözügedən şirkətin hesablarını yoxlamaq üçün auditor təyin edib və bir müddət onun fəaliyyətini dayandırıb. 

Qeyd edək ki, kişilər arasında 100 və 200 metr məsafələrə qaçışda dünya rekordlarına sahib olan 36 yaşlı Bolt 2017-ci ildə atletika karyerasını bitirdikdən sonra qısa müddət ərzində futbol oynayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026