• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

BMT Soledara yardım göndərdi

DÜNYA

20 Yanvar 2023 | 15:23

BMT Soledara yardım göndərdi

BMT şiddətli döyüşlərin getdiyi Ukraynanın Soledar qəsəbəsinə humanitar yardım göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Jens Larke bildirib.

Açıqlamada qeyd olunub ki, BMT müharibə başlayandan ilk dəfə Soledara humanitar yük göndərib. Üç maşınlıq humanitar yükdə 800 mülki şəxs üçün nəzərdə tutulan ərzaq və təcili yardım ləvazimatları var.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi qəsəbənin ələ keçirildiyini bildirmişdi. Rəsmi Kiyev isə hələlik bu iddiaları təkzib edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026