"Zelenskinin ABŞ-a səfərindən sonra Ukrayna ilə sülh danışıqları aparmağın şansı yoxdu".
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb tərəfindən Ukraynaya silah tədarükünün davam etməsi münaqişənin “dərinləşməsinə” səbəb olacaq.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında Vaşinqtona getdiyini bildirib: “Mən ABŞ-a Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün gedirəm. Prezident Baydenlə, xüsusən də Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən qurultayda çıxış edəcəyəm və bəzi ikitərəfli görüşlər keçirəcəyəm”.
Ağ Evin sözçüsü Karine Jean-Pierre də Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri ilə bağlı yazılı açıqlama verib.
ABŞ-ın Ukraynaya daimi bağlılığını göstərmək üçün Zelenskini paytaxt Vaşinqtona dəvət etdiyini qeyd edən Jean-Pierre Konqresdə çıxışı gözlənilən ABŞ prezidenti Co Baydenin dekabrın 21-də Ağ Evdə Zelenski ilə görüşəcəyini bildirib: “300 gün əvvəl Rusiya Ukraynaya amansız hücuma keçdi. Bunun əksinə olaraq, Prezident Bayden müstəqillik və ərazi bütövlüyünü müdafiə edən Ukrayna xalqını dəstəkləmək üçün dünyanı bir araya gətirdi”.
Aytac Aslan















