• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Üç ölkə Rusiya və Çinə qarşı buzqıran gəmilər inşa edəcək

DÜNYA

12 Iyul 2024 | 01:50 | Müəllif: Subhan Mahmudov

Üç ölkə Rusiya və Çinə qarşı buzqıran gəmilər inşa edəcək

ABŞ, Finlandiya və Kanada buzqıran gəmiqayırma sahəsində təcrübə mübadiləsi aparmaq üçün birləşməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri yazıb.

Qeyd olunur ki, üç ölkə Rusiya və Çinin Arktikada getdikcə daha çox aqressiv addımlar atması nəticəsində gəmilərə qlobal tələbatın artacağını gözləyirlər. Bu səbəbdən sözügedən üç ölkə buzqıran gəmilər inşa edəcəklər.

ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Dalip Sinqin qeyd edib ki, bu razılaşma olmadan düşmənlər böyük geostrateji əhəmiyyətə malik ixtisaslaşmış texnologiyada üstünlük əldə edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026