• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Donetskə raket hücumu: 14 ölü, 44 yaralı...

DÜNYA

10 Avqust 2024 | 22:33 | Müəllif: Subhan Mahmudov

Donetskə raket hücumu: 14 ölü, 44 yaralı...

Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən ticarət mərkəzinə raket hücumu təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko Teleqram kanalında məlumat verib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 44 nəfər yaralanıb.

“Konstantinovkadakı ticarət mərkəzinin dağıntıları təmizlənib. Fövqəladə Hallar Xidmətinin xilasediciləri 76 ton tikinti konstruksiyasını söküblər. 14 nəfər ölüb, 44 nəfər yaralanıb”, - deyə Klimenko qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın hərbi cinayətini hərtərəfli sənədləşdirmək üçün idarələrarası istintaq qrupu yaradılıb, bu qrupa Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları daxildir.

Qeyd edək ki, ticarət mərkəzinə hava hücumu avqustun 9-da edilib. Həmin vaxt ərazidə təxminən 50 nəfərin olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026