• Bakı 22° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc FUTBOLÇU

İDMAN

24 Mart 2025 | 09:10

UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc FUTBOLÇU

İspaniya millisinin üzvü Lamin Yamal UEFA Millətlər Liqası tarixində qol vuran ən gənc futbolçu olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, futbolçu bunu ötən gün Millətlər Liqasının 1/4 finalında Niderlanda qarşı cavab matçında reallaşdırıb.

Penaltilər seriyasına qədər uzanan matçın 103-cü dəqiqəsində fərqlənən futbolçu tarixə düşüb. Qarşılaşma zamanı L.Yamal, 17 yaş 258 günlük olub.

Qeyd edək ki, bundan əvvəlki rekord İspaniya yığmasının digər futbolçusu Qaviyə məxsus idi - 17 il 304 gün. O, 2022-ci ildə Çexiyaya qarşı matçda fərqlənməklə UEFA Millət Liqası tarixində qol vurmuş ən gənc futbolçu olmuşdu.


SON XƏBƏRLƏR

03 Iyun 2025