• Bakı 20° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Ukrayna ordusunun Kurskdan çəkilməsinə xalqın reaksiyası

DÜNYA

22 Mart 2025 | 21:45

Ukrayna ordusunun Kurskdan çəkilməsinə xalqın reaksiyası

Ukrayna qüvvələrinin Kursk vilayətindən geri çəkilməsi ukraynalıların bu əməliyyatın ilkin məqsədəuyğunluğunu şübhə altına alıb, çünki itkilər ağrılı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, Ukrayna Baş Qərargahı bildirmişdi ki, Kursk vilayətindəki hücumun məqsədi Moskvaya təzyiq göstərmək, Rusiya qüvvələrini digər cəbhələrdən uzaqlaşdırmaq və Rusiyanın sərhədi keçərək Ukraynanın qonşu bölgələrinə hücumlarının qarşısını almaq olub.

Baş Qərargah vurğulayıb ki, əməliyyat məqsədlərinin əksəriyyətinə nail olub. Ancaq sadə ukraynalılar arasında belə bir inam yoxdur. Onlar hesab edirlər ki, Ukrayna bu hərbi əməliyyatı başlamamalı idi:

"Çünki Ukrayna işğalçı ölkə deyil, ona sadəcə öz torpaqları lazımdır"./axar.az


SON XƏBƏRLƏR

23 Aprel 2025