• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna, Polşa və Litva Baş nazirləri müqavilə imzaladılar

DÜNYA

26 Noyabr 2022 | 14:58

Ukrayna, Polşa və Litva Baş nazirləri müqavilə imzaladılar

Ukrayna, Polşa və Litva Baş nazirləri rəsmi Kiyevə yardımın artırılması barədə müqavilə imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal “Twitter“də bildirib.

“Lüblin üçbucağı” formatında baş tutan görüş zamanı Ukraynaya hərbi və maliyyə yardımının həcminin artırılması barədə razılığa gəlinib, həmçinin Ukraynanın NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlük məsələlərinin müzakirəsinin daha da aktivləşdirilməsi mövzusunda müzakirələr aparılıb.

Xatırladaq ki, “Lüblin üçbucağı” alyansında Litva, Polşa və Ukrayna birlikdə iştirak edir. Bu alyans 2020-ci ildə Lüblin şəhərində bu üç ölkənin XİN rəhbərlərinin "qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi" proqramı çərçivəsində keçirilən görüşü zamanı təsis edilib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026