• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Yaponiyada qar 17 nəfəri öldürdü

DÜNYA

26 Dekabr 2022 | 11:30

Yaponiyada qar 17 nəfəri öldürdü

Yaponiyada son günlər yağan güclü qar 17 nəfərin ölümünə səbəb olub.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yaponiyanın Yanğın və Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, daha 93 nəfər xəsarət alıb.

Xatırladaq ki, Yaponiyanın şimalında güclü qar ötən həftədən etibarən yağmağa başlayıb. Nəticədə onlarla təyyarə və qatar reysləri ləğv edilib, yüzlərlə avtomobil yollarda qalıb.

Sinoptiklərin məlumatına görə, Yaponiyanın şimal-şərq hissəsində normadan 3 dəfə çox qar yağıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026