• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukraynada fransız jurnalist öldürülüb

DÜNYA

30 May 2022 | 21:16 | Müəllif: Subhan Mahmudov

Ukraynada fransız jurnalist öldürülüb

Fransız jurnalist Frederik Leklerk-İmhof Ukraynada öldürülüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Tvitterdə bildirib.

"Jurnalist Frederik Leklerk-İmhof müharibə reallıqlarını göstərmək üçün Ukraynada idi. O, rusların bombardmanından qaçmaq üçün humanitar avtobusda mülki əhali ilə birgə olsa da, ölümcül zərbədən qaça bilmədi" - deyə Makron qeyd edib.

Hadisə Ukraynanın Severodvinsk şəhəri yaxınlığında baş verib.

BFM TV artıq əməkdaşının həlak olduğunu təsdiq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026