• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kanada Ermənistanda səfirlik açacaq

DÜNYA

29 Iyun 2022 | 20:38 | Müəllif: Subhan Mahmudov

Kanada Ermənistanda səfirlik açacaq

Kanada Ermənistanda daimi səfiri olan tamhüquqlu səfirlik açacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli bu gün Kanadanın Mərkəzi və Şərqi Avropa və Qafqazda diplomatik mövcudluğunun və potensialının genişləndirilməsi barədə məlumat verib.

“Kanadanın Avropa İttifaqı və Avropa üzrə xüsusi nümayəndəsi və Almaniyadakı səfiri Stiven Dionun Kanadanın erməni demokratiyasına dəstəyini artırmaq yolları ilə bağlı missiyası və hesabatından sonra Kanada Ermənistanda daimi səfiri olan tamhüquqlu səfirlik açacaq. İkitərəfli əlaqələri gücləndirəcək və Kanadanın erməni demokratiyasına dəstəyini artıracaq.

Bu diplomatik genişlənmə Kanadanın yaranan təhlükəsizlik təhdidlərinə reaksiyasını istiqamətləndirməyə, Avropa müttəfiqlərini dəstəkləmək üçün siyasi və iqtisadi əməkdaşlığı gücləndirməyə, Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinə qarşı durmağa və Ermənistanın demokratik inkişafını dəstəkləməyə kömək edəcək"-deyə coli bildirib.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR