Ukraynanın Xmelnitsk vilayətində Vladimir Leninin sonuncu heykəli sökülüb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Dekommunizasiya Ukraina” (“Ukraynanın komminnizsizləşdirilməsi”) İctimai Hərəkatın qurucusu Vadim Pozdnyakov bu barədə feysbuk səhifəsində yazıb.
“Xmelnitsk vilayətində Kamenes-Podolsk yaxınlığında yerləşən Mileviç kəndindən Leninin sonuncu heykəli uçurulub. İndi növbə Vinnisk və Poltava vilayətlərindəki iki heykəlindir. Bu ilin sonunadək ölkə Leninin heykəlindən tamamilə təmizlənəcək”, - V.Pozdnyakov bildirib.
Nuranə Daxilqızı















